Argentina iki ay ərzində rekord sayda əcnəbini ölkədən çıxarıb

A- A A+

2025-ci il dekabrın əvvəlindən bəri Argentinadan təxminən 5 min əcnəbi çıxarılıb və ya ölkəyə girişinə icazə verilməyib ki, bu da rekord göstəricidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Argentinanın Baş naziri Manuel Adorni məlumat paylaşıb.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında 2 min 400, bu il yanvarın əvvəlindən isə 2 min 300 əcnəbi deportasiya edilib və ya ölkəyə buraxılmayıb.

2025-ci ilin may ayında Argentina Prezidenti Xavyer Miley ölkənin miqrasiya qanunlarını, o cümlədən ölkəyə giriş və vətəndaşlıqla bağlı qaydaları sərtləşdirən fərman imzalayıb. Yeni qayda, həmçinin, Argentinada cinayət törətmiş əcnəbilərin deportasiyasını sadələşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: