Türkiyədə qazma borularının idxalından asılılığın azaldılması planlaşdırılır

A- A A+

Türkiyədə neft və qaz quyularının qazılması zamanı karkas elementi kimi istifadə olunan qazma borularının yerli istehsalının yaradılması planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin TPAO dövlət neft şirkəti bu günədək həmin növ boruları idxal edib. Bu isə valyutanın ölkədən çıxmasına səbəb olub. Mövcud vəziyyəti dəyişmək məqsədilə qazma borularının işlənib hazırlanması və istehsalı layihəsi üzrə elmi-tədqiqat işlərinin lokallaşdırılması üçün müsabiqə elan edilməsi barədə qərar qəbul olunub.

Elanın mətni bu gün Türkiyə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc edilib.

Layihədə iştirak üçün müraciətlərin qəbulu üçün son tarix 2026-cı il martın 13-dür.

Müsabiqə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin ölkədə yataqların kəşfiyyatı üzrə işlərin sürətləndirilməsi planları barədə bəyanatları fonunda elan olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: