Almaniyanın Federal Kriminal Polis İdarəsi (BKA) “Deutsche Bank”ın Frankfurt-Mayn şəhərindəki baş qərargahında və Berlindəki bir bölməsində axtarışlara başlayıb.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, Frankfurt Baş Prokurorluğunun göstərişi ilə aparılan əməliyyatlara çirkli pulların yuyulması şübhəsi səbəb olub.
Frankfurt-Mayn Baş Prokurorluğunun “Spiegel” nəşrinin sorğusuna cavabında bildirilib ki, qurum “Deutsche Bank”ın hələlik kimliyi müəyyən edilməmiş məsul şəxslərinə və əməkdaşlarına qarşı çirkli pulların yuyulması şübhəsi ilə istintaq aparır. Məlumata görə, bank keçmişdə çirkli pulların yuyulması məqsədilə istifadə edildiyi ehtimal olunan xarici şirkətlərlə işgüzar münasibətlər saxlayıb
