Pakistan həbsxanalarında saxlanılan 255 Əfqanıstan vətəndaşı azadlığa buraxılaraq vətəninə qaytarılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, həmin şəxslər son bir həftə ərzində Pakistanın müxtəlif saxlanma müəssisələrindən azad edilib. Onlar iki aya qədər müddətdə həbsdə olublar.
Bildirilib ki, geri qayıdanlara sərhəddə ilkin humanitar yardım göstərilib, daha sonra isə onlar öz vilayətlərinə yola salınıblar.
Qeyd edək ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumata əsasən, hazırda 10 mindən çox ölkə vətəndaşı xarici dövlətlərdə, əsasən İran və Pakistanda həbsdə saxlanılır.
