İranın Xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

A- A A+

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə ilə İranın XİN başçıları Hakan Fidan və Abbas Əraqçi arasında keçiriləcək görüşdə bölgədəki mövcud vəziyyət, iki ölkə arasında münasibətlərin regional təhlükəsizlik, sabitlik və rifah baxımından həlledici əhəmiyyəti, sərhəd ticarət mərkəzləri də daxil olmaqla, ticarət, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin müzakirəsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: