Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib

A- A A+

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, Almaniya hökuməti sözçüsünün məlumatına əsasən, Kansler Rusiyanın hücumları nəticəsində Ukraynanın mülki enerji infrastrukturunun davamlı və sistemli şəkildə məhv edilməsini pisləyib.

Ukrayna Prezidenti Almaniya hökumətinin təqdim etdiyi qış yardımı paketi üçün təşəkkürünü bildirib.

Paketə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinə əlavə dəstəklə yanaşı, istilik-elektrik qurğuları və generatorlar da daxildir.

Söhbət zamanı tərəflər atəşkəsə nail olunması istiqamətində göstərilən səyləri alqışlayıblar. Kansler Ukraynanın ədalətli və davamlı sülhə səylərinə Almaniyanın dəstəyini bir daha ifadə edib. Bu məqsədlə sıx təmasların davam etdiriləcəyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: