Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir

A- A A+

Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlər səviyyəli üçüncü görüş hazırlıq mərhələsindədir, hazırda onun keçiriləcəyi yer seçilir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində bildirib.

“Artıq nazirlər səviyyəsində iki görüş keçirilib, indi üçüncüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – deyə o, qeyd edib.

Rusiya XİN başçısı təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal dəstəkləndiyinə diqqət yönəldib. Formatın əhəmiyyətini vurğulayan diplomat qeyd edib ki, bütün iştirakçılar Cənubi Qafqazda ümumi qonşulardır. Lavrov “3+3” platformasının yaradılmasında əsas təşəbbüskarların Türkiyə və Azərbaycanın olduğunu da xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: