ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: