Zelenski danışıqlar üçün Moskvaya getməkdən imtina edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Moskvaya getməyəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, onun bu sözlərini “RBK-Ukraina” informasiya agentliyi sitat gətirib.

“Əlbəttə ki, mənim Putinlə Moskvada görüşməyim mümkün deyil”, - deyə Ukrayna lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Putinlə şəxsən görüşmək istəsə, Moskvaya gəlməyə dəvət olunduğunu təsdiqləyib. Diplomat vurğulayıb ki, Moskva heç vaxt bu cür təmasları rədd etməyib və Zelenskiyə təhlükəsizlik və lazımi iş şəraiti təmin etməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: