İstanbulda səfər olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi türk həmkarı Hakan Fidan ilə birgə mətbuata açıqlama veriblər.
NUHÇIXAN xəbər verir ki, çıxışında son hadisələrlə bağlı ABŞ və İranı danışıqlar masasına çağırdıqlarını qeyd edən Hakan Fidan ölkəsinin problemlərin sülh yolu ilə həlli üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bir daha vurğulayıb. “İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğumuzu hər fürsətdə qarşı tərəflərə çatdırmışıq. İranın daxili məsələlərinin xarici müdaxilə olmadan İran xalqı tərəfindən sülh yolu ilə həll edilməsini arzulayırıq”, - deyə Hakan Fidan bildirib..
İrandakı etirazlara toxunan Fidan PKK terror təşkilatının son hadisələrdən faydalanmaq istədiyini, bu vəziyyətin PKK-nın təkcə Türkiyə üçün deyil, İran üçün də təhlükə yaratdığını vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində ölkəsinin danışıqlar masasına oturmağa hazır olduğunu və İranın heç vaxt nüvə silahının arxasınca getmədiyini deyib.
“Biz daim nüvə proqramımızın dinc məqsədli olduğunu vurğulamışıq. Əgər bu danışıqlar qarşılıqlı maraqlara hörmət və etimad əsasında aparılarsa, biz danışıqlara hazırıq. Ədalətli olduğu təqdirdə İran bu danışıqlara qəti şəkildə hazırdır”, - deyə Əraqçi bildirib.
