Portuqaliyada fırtına 290 mindən çox evi elektriksiz qoyub

A- A A+

“Kristina” fırtınasından sonra Portuqaliyada 290 mindən çox ev elektriksiz qalıb.

NUHÇIXAN xəbər verir ki, “Lusa” informasiya agentliyinin yaydığı məlumata görə, Portuqaliyanın milli enerji şirkəti 290 mindən çox müştəriyə hələ də elektrik enerjisi verilmədiyini bildirib.

Ölkənin qərbində yerləşən Leyriya dairəsi fırtınadan daha çox zərər çəkib. Həmin bölgədə 221 min ev elektriksiz qalıb.

Elektrik verilişinin dayandırılması güclü küləklərin şəbəkəni zədələməsi və ağacların müxtəlif konstruksiyaların üzərinə aşması ilə əlaqədar olduğu bildirilir.

Dünən Portuqaliya hökuməti fırtınadan ən çox zərər çəkən ərazilərdə fövqəladə vəziyyət elan edib. Fırtına nəticəsində azı beş nəfər həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: