2018-ci ildə Ermənistanda 22 551 cinayət faktı qeydə alınıb. 2017-ci ildə bu göstərici 20 285 idi.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Cinayət hadisələrinin 11 344-ü Yerevanda baş verib. Əvvəlki ilin göstəricisi ilə müqayisədə paytaxtda cinayətlərin sayı 2266 hal və ya 11,2 faiz artıb.
Ağır cinayətlərin sayı ümumi cinayətlərin 16,1 faizini təşkil edib. Bu, 2017-ci ilin göstəricisinə nisbətdə 33,3 faiz artıqdır.
Ötən il 36 qətl hadisəsi törədilib.