Zelenski: Yanvarda Rusiya Ukraynaya 6 mindən çox dron, 158 raket atıb

A- A A+

Ukraynanın bir çox bölgəsində vacib infrastrukturun bərpası üçün təmir işləri davam edir. Təkcə yanvar ayında Rusiya Ukraynaya qarşı 6000-dən çox hücum dron, təxminən 5500 idarə olunan hava bombası və 158 müxtəlif növ raket atıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Teleqram" səhifəsində yazıb.

Zelenski bildirib ki, hücumların demək olar hamısı enerji infrastrukturunu, dəmir yollarını hədəfə alıb.

"Hücumlar hazırda davam edir. Son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 980-dən çox hücum dronu, təxminən 1100 idarə olunan hava bombası və iki raket istifadə edib. Biz Rusiyanın şəhərlər və icmalar arasında logistika və nəqliyyat əlaqələrini pozmaq cəhdlərini sənədləşdiririk. Buna görə də səmanı qorumaq ehtiyacı aradan qalxmayıb. “Patriot”, NASAMS, F-16 və digər platformalar üçün raketlərə hər gün ehtiyac var. Bunu başa düşən və kömək edən bütün tərəfdaşlara təşəkkürümü bildirirəm”, - deyə Zelenski əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: