“Enerji atəşkəsi” başa çatıb - Rusiya yenidən Ukraynanın energetika infrastrukturuna zərbələr endirir

A- A A+

Elan edilən “Enerji atəşkəsi” fevralın 1-də başa çatıb və Rusiya yenidən Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Atəş nəticəsində bir neçə bölgədə elektrik kəsintiləri qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu məlumatı Ukrayna energetika nazirinin müavini Artyom Nekrasov brifinq zamanı verib.

“Düşmənin enerji infrastrukturuna hücumları nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkassı vilayətlərində istehlakçılar elektriksiz qalıb. Bu hücumlar nəticəsində zərər dəymiş energetika obyektlərində bərpa işləri davam edir”, - deyə o bildirib.

Ukrayna paytaxtı və Kiyev vilayəti elektrik enerjisi çatışmazlığı ilə üzləşir. Elektrik şəbəkəsi sabitləşdikdən sonra paytaxt saatlıq fasilələrə qayıdacaq.

“Çətin hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox icma elektrik enerjisiz qalıb”, - deyə Nekrasov bildirib. O qeyd edib ki, regional enerji şirkətinin işçiləri zədələnmiş xətləri bərpa etmək üçün gecə-gündüz çalışırlar.

“Ölkənin bəzi bölgələrində elektrik şəbəkəsindəki çətin vəziyyət səbəbindən qəza kəsintiləri tətbiq olunur. Vəziyyət sabitləşəndən sonra istehlakçılar proqnozlaşdırılan saatlıq qrafikə qayıdacaqlar”, - deyə nazir müavini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: