2026-cı il yanvarın 1-nə Qazaxıstanın əhalisi 20,5 milyon nəfər olub.
NUHÇIXAN Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, son bir ildə ölkə əhalisi 212 min nəfər artıb.
Məlumatda qeyd edilib ki, ən çox əhali Almatı şəhərində (2,35 milyon nəfər) və Türkistan vilayətindədir (2,15 milyon nəfər). Ən az əhali Ulıtau vilayətindədir və 219 min nəfər təşkil edir.
Ölkə əhalisinin 13 milyonu şəhərlərdə, 7,5 milyonu kənd yerlərində yaşayır.
