Polşa Silahlı Qüvvələri ardıcıl üçüncü gecədir Belarusdan qaçaqmalçılıqla siqaret daşıyan hava şarlarının ölkə sərhədlərini pozduğunu müşahidə edirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Əməliyyat Komandanlığı məlumat yayıb. “2026-cı il fevralın 1-dən 2-nə keçən gecə Polşanın radar sistemləri ölkənin hava məkanına meteozondlara bənzər obyektlərin daxil olduğunu qeydə alıblar”, -deyə məlumatda bildirilir.
Varşava hava şarları ilə bağlı insidentlərin miqyasının son vaxtlar azaldığını və vəziyyətin təyyarə uçuşları üçün təhlükə yaratmadığını vurğulayıb.
