Ermənistan məktəblərində zorakılıq halları artıb

A- A A+

Ermənistan məktəblərində zorakılıq halları artıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Təhsil Müfəttişliyinin rəhbəri Vaqarşak Matikyan bildirib.

Müfəttişliyin rəhbəri dəqiq rəqəm açıqlamasa da, deyib ki, 2025-ci və 2024-cü illərdə oxşar hadisələr olub. Lakin əvvəlki illərlə müqayisədə bu ilin ilk ayında məktəblərdəki zorakılıq halları xeyli artıb.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, təhsil sistemi inkişaf etdikcə zorakılıq da “inkişaf edir”. Məsələn, bəzi ölkələrdə kiberzorakılıq ortaya çıxıb. Bu fenomenlə mübarizə müfəttişliyin məsuliyyətindən kənar olduğundan, məlumatlar digər müvafiq qurumlarla paylaşılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: