Çin Myanmadan qaytarılan 11 mindən çox şəxsi məsuliyyətə cəlb edib

A- A A+

Çin ötən ilin ilk 11 ayı ərzində Myanmanın şimalından ölkəyə qaytarılan 11 mindən çox şəxsi telekommunikasiya dələduzluğu ittihamı ilə məhkəmə qarşısına çıxarıb.

NUHÇIXAN Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Çinin Ali Xalq Prokurorluğu (AXP) məlumat yayıb. Bildirilib ki, eyni dövrdə ölkə üzrə prokurorluq orqanları bu cür cinayətlərdə şübhəli bilinən 4 min 300-dən çox şəxsin həbsini təsdiqləyib. Həmçinin qeyd edilib ki, bu addımlar transmilli telekommunikasiya dələduzluğu fəaliyyətlərinə ciddi zərbə vurub.

Çində telekommunikasiya və onlayn dələduzluqla əlaqəli cinayətlərə görə ümumilikdə təxminən 62 min nəfər barəsində cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: