Qazaxıstanın “Xabar 24” informasiya kanalında Naxçıvan təcrübəsi nümunə kimi təqdim edildi - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Qazaxıstanın tanınmış “Xabar 24” informasiya kanalında Azərbaycanda sahibsiz ev heyvanlarına göstərilən qayğıdan bəhs edən videomaterial yayımlanıb. Süjetdə Bakının parklarında sahibsiz itlər və pişiklər  üçün yaradılan kiçik daxmalar heyvanlara qayğının nümunəsi kimi təqdim edilir.

Süjetdə təkcə ölkənin paytaxtı deyil, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu humanist addımın dəstəkləndiyi vurğulanır. İzləyicilərə Naxçıvan şəhərinin yaxınlığında sahibsiz itlər üçün yaradılan sığınacaqdan Naxçıvan Televiziyasının hazırladığı süjetdən fraqmentlər təqdim edilir.  Qeyd olunur ki, Naxçıvandakı sığınacaqda sahibsiz itlər nizamlı yemlənir, mütəmadi müayinə və quduzluğa qarşı peyvənd olunurlar. Burada 150 it saxlanılır və onlara sahib olmaq istəyən insanlara verilir. Sığınacağın əməkdaşı buradakı canlılara davamlı olaraq qayğı göstərildiyini bildirir. İnsanların yardımına həmişə ehtiyacı olan ev heyvanlarına qarşı atılan bu humanist addım hər kəs üçün bir nümunə olaraq göstərilir.

NUHÇIXAN Qazaxıstanın “Xabar 24” İnformasiya Agentliyində rus dilində yayımlanan həmin süjeti təqdim edir: 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: