Yaponiyada güclü qar 35 nəfərin ölümünə səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə TBS telekanalı yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
Ölənlər arasında qarı təmizləyərkən damdan yıxılanlar və s. var. Bundan əlavə, Niiqata prefekturasında yerli sakinlərdən biri öz evinin dağıntıları altında qalaraq əzilib.
Məlumata görə, bəzi rayonlarda məktəblər günlərdir bağlıdır.
