Fransa 2026-cı il ərzində Ukraynaya 71 milyon avro maliyyə dəstəyi göstərəcək.
NUHÇIXAN Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal bildirib.
Bundan başqa, Fransa fevral ayında Ukraynaya 150 generator verəcək.
"Fransa energetika sektorunda Ukraynanın əsas strateji tərəfdaşlarından biridir", - o, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin xarici ticarət və investisiya cəlbediciliyi üzrə naziri Nikola Forisye ilə görüşün yekunlarına əsasən vurğulayıb.
Görüş zamanı Şmıqal Avropa İttifaqının makromaliyyə dəstəyi çərçivəsində enerji sahəsinə 30 milyard avro yardımın cəlb edilməsində göstərdiyi köməkliyə görə Fransaya təşəkkür edib. O qeyd edib ki, artıq elektrik şəbəkəsinin bərpasına 46 generator, transformator və digər avadanlıqlar cəlb olunub.
