Moldova hökuməti Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsini təsdiqləyib.
NUHÇIXAN Moldovanın “Moldpres” informasiya agentliyinə istinadla xəbər verir ki, qərar müharibənin yaratdığı sosial və enerji böhranı fonunda rəsmi müraciətlər əsasında qəbul olunub.
Təxminən 680 min avro dəyərində olan humanitar yardıma enerji və səhiyyə avadanlıqları, kabellər, texniki vasitələr və tibbi ləvazimatlar daxildir. Bu vəsaitlər dövlət ehtiyatlarından və Daxili İşlər Nazirliyinin struktur bölmələrindən ayrılıb.
