Fransa Nuuka baş konsul təyin edib

A- A A+

Fransa Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə yeni baş konsul təyin edib. Rəsmi jurnalda dərc olunan 3 fevral tarixli fərmana əsasən bu vəzifəyə Jan-Noel Puarye təyin olunub.

NUHÇIXAN xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyada Fransa konsulluğunun açılışı cümə günü baş tutacaq.

Bu addım Parisin siyasi strategiyasının bir hissəsi kimi qiymətləndirilir və Fransanın Qrenlandiyaya və Danimarkaya dəstəyini əks etdirir. Bu addım ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyini dəfələrlə dilə gətirməsindən sonra daha da diqqət çəkib.

Rəsmi məlumatlara əsasən, hazırda Qrenlandiyada cəmi altı Fransa vətəndaşı qeydiyyatdadır. Bu məlumat Fransa Xarici İşlər Nazirliyi tərəfindən yanvar ayının ortalarında açıqlanıb.

Buna baxmayaraq, yeni açılacaq konsulluq geniş səlahiyyətlərə malik olacaq. Nazirliyin bildirdiyinə görə, konsulluq konsul və siyasi fəaliyyətlərlə yanaşı, elmi missiyaları da yerinə yetirəcək.

Ekspertlərin fikrincə, bu addım Fransanın Arktika bölgəsində diplomatik və elmi mövcudluğunu gücləndirmək niyyətindən xəbər verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: