X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışın əsassız olduğunu bildiriblər

A- A A+

X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışı kəskin tənqid edərək, ittihamları əsassız adlandırıb və təzyiqlərə boyun əyməyəcəklərini açıqlayıblar.

NUHÇIXAN xəbər verir ki, platformanın Amerika Birləşmiş Ştatlarından (ABŞ) yayımladığı açıqlamada bildirilib ki, bu axtarışa səbəb olan iddialar əsassızdır və X hər hansı qanun pozuntusu törətməsini qəti şəkildə rədd edir.

Şirkət Paris Prokurorluğunu da tənqid edərək bildirib ki, prokurorluq bu tədbiri geniş mediada işıqlandırmaqla onun siyasi motivli, qeyri-qanuni məqsədlərə xidmət edən sui-istifadə xarakterli məhkəmə addımı olduğunu nümayiş etdirib.

Açıqlamada vurğulanıb ki, Paris Prokurorluğu ABŞ-dakı X rəhbərliyinə təzyiq göstərməyə çalışır. Bu məqsədlə istintaqa aidiyyəti olmayan Fransa qurumunu və onun əməkdaşlarını hədəfə alır. Bu yanaşma isə sübutların toplanması üçün beynəlxalq müqavilələrdə nəzərdə tutulan prosedur mexanizmlərinə və şirkətin müdafiə hüququna hörmətsizlikdir.

Həmçinin bildirilib ki, İlon Mask və Linda Yakkarino bu il aprelin 20-də ifadə vermək üçün çağırılıblar. “Bu nümayişkaranə addımlar istintaqın Fransa hüququnu pozduğuna, prosedurdan sui-istifadə olunduğuna və ifadə azadlığına zərbə vurduğuna dair inamımızı daha da gücləndirir”, – deyə platforma qeyd edib və fundamental hüquqlarını, eləcə də istifadəçilərinin hüquqlarını qorumaqda qətiyyətli olduğunu bildirib.

Açıqlama belə yekunlaşdırılıb: “Fransa məhkəmə orqanlarının bu gün həyata keçirdiyi tədbirlərlə bizi qorxutmaq mümkün olmayacaq”

Xatırladaq ki, X-in Fransadakı ofislərində fevralın 3-də axtarış aparılıb. Bu addım Paris Prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən ötən il açılmış istintaq çərçivəsində atılıb. İstintaq 2025-ci il yanvarın 12-də daxil olan iki şikayətdən sonra başlanıb və X-in süni intellekt sistemi olan “Grok”un fəaliyyəti ilə bağlıdır. Sözügedən sistemin inkarçılıq xarakterli məzmunlar və cinsi xarakterli “deepfake” videolar yaymaqda şübhəli bilindiyi, bu materialların bəzilərində qadınların və azyaşlıların yer aldığı iddia olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: