Volodimir Zelenski: Müharibədə 55 min ukraynalı hərbçi həlak olub

A- A A+

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyədək 55 min ukraynalı hərbçi həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” Televiziyasına müsahibəsində bildirib.

"Ukraynada döyüş meydanında həlak olan hərbçilərin - həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuşların - rəsmi sayı 55 mindir” deyə Ukrayna dövlət başçısı əlavə edib.

Prezident, həmçinin qeyd edib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan da var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: