Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci günü başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz teleqram kanalında bildirib.
"Dünənki kimi eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və sonradan mövqelərin sinxronlaşdırılması. Nəticələr sonra olacaq",- o bildirib.
Qeyd edək ki, dünən Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-nin arasında danışıqların növbəti raundunun birinci günü keçirilib. Bundan əlavə, danışıqların ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub, əvvəlcə fevralın 1-nə planlaşdırılan görüş isə fevralın 4-5-nə keçirilib.
