Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazirinin ofisi məlumat yayıb.
Ofisdən bildiriblər ki, Baş nazir Donald Tusk səfərinə Kiyevdən başlayıb. Bu məlumata Baş nazirin Kiyevə gəlişini əks etdirən fotosu əlavə olunub. Polşa nümayəndə heyətinə maliyyə naziri Anjey Domanski də daxil edilib.
Donald Tuskun sözlərinə görə, Zelenski ilə danışıqların mövzularından biri iyun ayında Qdanskda Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfransın təşkili olacaq.
