Vaşinqton Baltik Müdafiə Təşəbbüsünün təşviqi üçün 200 milyon dollar ayırıb.
NUHÇIXAN xəbər verir ki, Litva Xarici İşlər Nazirliyi bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Ayrılan vəsaitin ABŞ-dan silah alınması, xüsusi təyinatlı qüvvələrin təlimi və kəşfiyyat tədbirləri üçün istifadə ediləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ Konqresi tərəfindən 2020-ci ildə elan edilmiş Baltik Müdafiə Təşəbbüsünün məqsədi Litva, Latviya və Estoniyanın müdafiə qabiliyyətlərini gücləndirmək və Baltikyanı ölkələr arasında hərbi əməkdaşlığı genişləndirməkdir.
