İndoneziya iqtisadiyyatı 2025-ci ildə illik müqayisədə 5,11 faiz artıb.
NUHÇIXAN İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı İndoneziyanın Statistika İdarəsi məlumat yayıb. Hesabatda qeyd olunub ki, iqtisadi artım əsasən ev təsərrüfatlarının istehlakı və əsas kapital qoyuluşları hesabına təmin edilib.
Qeyri-neft və qaz sektorunda ixracın artması da ümumi göstəricilərə müsbət təsir göstərib. Xüsusilə bitki yağları, dəmir və polad, elektrik avadanlıqları və nəqliyyat vasitələrinin ixracında yüksək dinamika müşahidə olunub.
