Tokayev: Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır

A- A A+

Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın “The News International” qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib.

“Biz bu layihəni regional inteqrasiya və Cənubi Asiya bazarlarına çıxış baxımından strateji əhəmiyyətli hesab edirik. Sevindirici haldır ki, Pakistan da bu mühüm strateji istiqamətdə sıx əməkdaşlığa yüksək maraq nümayiş etdirir”, – deyə Tokayev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan tranzit-nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi üçün bütün maraqlı tərəflərin fəal və əlaqələndirilmiş iştirakına ümid edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: