Monqolustanın valyuta ehtiyatları yanvar ayının sonuna 6,7 milyard dollara düşüb.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Monqolustan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 3,82 faiz azalma deməkdir.
Mərkəzi Bank uzunmüddətli perspektivdə valyuta ehtiyatlarının 10 milyard dollara çatdırılmasını hədəfləyir.
