Moskvada Rusiya ordusunun general-leytenantı Vladimir Alekseyevə sui-qəsd edilib. Odlu silahdan açılan atəş nəticəsində yaralanan zabit hospitala çatdırılıb.
NUHÇIXAN xəbər verir ki, naməlum sui-qəsdçi Volokolamsk şosesindəki yaşayış binasının yaxınlığında ona arxadan bir neçə dəfə atəş açıb. Həmin şəxs atəş açdıqdan sonra hadisə yerindən qaçıb və zərərçəkən tibbi yardım üçün tez bir zamanda Moskvadakı xəstəxanaya aparılıb.
İstintaq orqanları qəsdən adamöldürməyə cəhd və qanunsuz odlu silah qaçaqmalçılığı ittihamları ilə cinayət işi açıb.
