Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlığın tam bərpa olunacağını gözləyirik.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin korlanması Gürcüstan deyil, ABŞ-ın əvvəlki administrasiyası ilə bağlıdır.
O deyib ki, Bayden administrasiyası dövründə Gürcüstan ABŞ-dan gözlədiyi dəstəyi almayıb, əksinə, ölkədə demokratiyanın zəiflədilməsinə yönələn cəhdlərin şahidi olub.
“Ümid edirik ki, yeni administrasiya bu səhvləri düzəldəcək. Gürcüstan strateji tərəfdaşlığın bərpasına tam hazırdır. Geosiyasi dəyişikliklər fonunda əsas məqsədimiz ölkədə sülhü və təhlükəsizliyi qorumaqla yanaşı, ABŞ ilə münasibətlərin yenidən strateji müstəviyə qaytarılmasıdır”, – deyə Papuaşvili vurğulayıb.
