Kahramanmaraşda 2023-cü il zəlzələlərinin nəticələri ilə bağlı bütün cinayət işlərinin təhqiqatı başa çatıb
2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərin episentri olan Türkiyənin Kahramanmaraş vilayətində kütləvi ölüm, xəsarət və maddi ziyanla əlaqədar açılan 13.632 cinayət işinin hamısı üzrə təhqiqat başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Kahramanmaraşın baş prokuroru Ramazan Murat Tiryaki jurnalistlərə bildirib ki, 7,7 və 7,6 bal gücündə zəlzələlərdən dərhal sonra məhkəmə proseslərinin rahat və effektiv aparılmasını təmin etmək üçün xüsusi prokurorluq bölməsi yaradılıb.
“İstintaq prosesləri həmvətənlərimizin yaşadığı ağrının fərqində olaraq aparılıb. Biz qurbanların qohumlarının, yaralıların və çətinlik çəkən vətəndaşların hisslərini incitməməyə çalışmışıq”, - deyə o, fəlakətdən zərər çəkən 11 vilayətin prokurorluqlarının faciənin təhqiqatına eyni həssaslıqla yanaşdığına əminliyini ifadə edib.
Baş prokuror bütün araşdırmaların, o cümlədən vəzifəli şəxslərin hərəkətlərinin təhqiqatının son dərəcə diqqətlə aparıldığını vurğulayıb.
“Məhkəmələr təkcə hüquqi cəhətdən məcburi bir addım deyil, həm də ictimai vicdanın tələbidir. Üç il sonra onlarla cinayət işi üzrə məhkəmə hökmləri elan edilib”, - deyə o bildirib.
