Aleksandr Sırski: Cəbhədəki döyüşlərin təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum əməliyyatlarıdır

A- A A+

Son altı ay ərzində Ukraynadakı Rusiya qoşunlarının sayı əməliyyat ehtiyatı da daxil olmaqla 711.000-712.000 şəxsi heyətlə təxminən sabit qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski jurnalistlərə bildirib.

O vurğulayıb ki, Rusiya öz qoşunlarının şəxsi heyətinin komplektləşdirilməsi planlarını tam şəkildə və hətta artıqlaması ilə yerinə yetirib.

“Bu, onların itkilərinin səviyyəsinin bərpa imkanlarını aşdığını göstərir. Orta hesabla düşmən hər gün təxminən 1000-1100 hərbçisini itirir”, - deyə ukraynalı general bildirib.

O qeyd edib ki, cəbhədəki döyüş əməliyyatlarının təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum hərəkətləri ilə bağlıdır.

Sırskinin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri fəal şəkildə hücum və əks-hücum əməliyyatları aparır.

“Onların məqsədi düşmənin daim gərgin vəziyyətdə saxlanılması, onun itkilər verməsi və irəliləməsinin qarşısının alınmasıdır”, - deyə Baş komandan izah edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: