Cari ilin yanvar ayının göstəriciləri də daxil olmaqla Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2025-ci ilin son ayına nisbətən 140,9 milyon dollar artaraq, 6,3 milyard dollara yüksəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Qeyd olunub ki, bu məbləğdə qızılın payı 18,1 faiz (1,143,2 milyon dollar) təşkil edir. Qızılın qiymətindəki dəyişiklik nəticəsində monetar qızılın dəyəri əldə edildiyi andan təxminən 2,3 dəfə, yəni 643,2 milyon dollar artıb ki, bu da Milli Bankın ehtiyat diversifikasiyası strategiyasının etibarlılığını göstərir.
Qeyd edək ki, Gürcüstan Milli Bankı rəsmi beynəlxalq ehtiyatlar haqqında yenilənmiş məlumatları 2026-cı il martın 6-da dərc edəcək.
