Rusiya qoşunları Ukraynanın enerji obyektlərinə daha bir kütləvi hücuma keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın elektrik şəbəkəsinin onurğa sütunu olan yarımstansiyalar, habelə 750 kV və 330 kV-luq yüksəkgərginlikli hava xətləri hədəf alınıb.
“Generator obyektləri - Burştin və Dobrotvir istilik elektrik stansiyaları da vurulub. Atom elektrik stansiyalarının blokları boşaldılıb. Bu gündən etibarən, Ukraynada 4,5-5 növbəli enerji cədvəlləri işə salınıb, şərq və şimal bölgələrində xüsusi qəza kəsintiləri rejimi tətbiq edilib”, - deyə o qeyd edib.
Nazir hücumların davam etdiyini vurğulayıb. O əlavə edib ki, təhlükəsizlik vəziyyəti imkan verən kimi, enerji işçiləri bərpa işlərinə başlamağa hazırdırlar.
"Ukrenerqonun" dispetçeri Polşadan qəza yardımı müraciətini aktivləşdirib.
