Yaponiyada dünyada ən böyük AES-nin fəaliyyəti bərpa edilib

A- A A+

“Tokyo Electric Power Co” şirkəti dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Kariva AES-nin 6 nömrəli reaktorunu yenidən işə salıb.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, rektorun işə salınması yanvarın 20-nə planlaşdırlsa da, siqnalizasiya sistemindəki problemə görə təxirə salınmışdı. Stansiyanın yerləşdiyi Niiqata prefekturasının hələ noyabrda AES-nin qismən yenidən işə salınmasına icazə verib. Bu, Yaponiyanın nüvə sənayesini dirçəltmək və qazıntı yanacağı idxalını azaltmaq səylərinin bir hissəsidir. Kaşivazaki-Kariva AES-nin işə slaınması Fukuçima AES-də nüvə fəlakətindən təxminən 15 il sonra ölkənin nüvə enerjisinə qayıtmasında dönüş nöqtəsi hesab olunur.

Qeyd edək ki, paytaxt Tokiodan təxminən 220 kilometr şimal-qərbdə yerləşən Kaşivadzaki-Kariva atom elektrik stansiyası 2011-ci ildə baş verən Fukusima-Dayiçi AES-nin işini iflic edən zəlzələ və sunamidən sonra bağlanan 54 reaktor arasında idi. Baş nazir Sanae Takaiçi enerji təhlükəsizliyini gücləndirmək və Yaponiyanın elektrik enerjisi istehsalının 60-70 faizni təşkil edən idxal olunan enerjinin dəyərini ödəmək üçün atom elektrik stansiyalarının yenidən istismara buraxılmasını dəstəklədiyini bildirib. 2024-cü ildə Yaponiya mayeləşdirilmiş təbii qaz və kömür idxalına 68 milyard dollar xərcləyib ki, bu da ümumi idxal xərclərinin 10 faizi deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: