Səudiyyə Ərəbistanı Dünya Müdafiə Sərgisində “ağıllı” dəbilqəni təqdim edib - FOTOLAR

A- A A+

Səudiyyə Ərəbistanının Mülki Müdafiə üzrə Baş İdarəsi Dünya Müdafiə Sərgisi çərçivəsində yeni “ağıllı” dəbilqəni nümayiş etdirib.

NUHÇIXAN Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, dəbilqə gündüz və gecə kameraları, eləcə də çətin əlçatan ərazilərdə təhlükəli maddələri aşkarlayan xüsusi sensorlarla təchiz olunub.

Qurğu mobil komanda mərkəzi kimi fəaliyyət göstərir və canlı görüntüləri birbaşa idarəetmə və nəzarət mərkəzlərinə ötürür. Bu isə real vaxt rejimində qərarların daha sürətli qəbuluna, hadisələrə operativ müdaxiləyə və yüksək riskli şəraitdə şəxsi heyətin təhlükəsizliyinin artırılmasına imkan yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: