Qazaxıstanda 2030-cu ilədək kömür generasiyasının inkişafı üzrə Milli Plan layihəsi hazırlanıb

A- A A+

Qazaxıstanın Energetika Nazirliyi ekspert qrupuna 2030-cu ilə qədər kömürlə işləyən elektrik enerjisi istehsalının inkişafı üzrə Milli Plan layihəsini təqdim edib.

NUHÇIXAN Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, ilkin dəyəri 8 trilyon tenqedən çox olan konsepsiya enerji çatışmazlığının uzunmüddətli həllinə və ölkənin köhnəlmiş gücünün genişmiqyaslı modernləşdirilməsinə yönəlib.

Enerji naziri Erlan Akkenjenov bununla bağlı bildirib: “Milli layihə bütün sənayenin kompleks şəkildə və hərtərəfli inkişafına yönəlib. Bu, investisiyaların cəlb edilməsini, yanacaq və logistika infrastrukturunun inkişafını və insan resurslarının gücləndirilməsini əhatə edən balanslaşdırılmış bir yanaşmadır”.

Plana altı əsas enerji obyektinin – “Ekibastuz DRES-3” və Kurçatov, Kokşetau, Semey, Ust-Kamenoqorsk və Jezkazqandakı stansiyaların tikintisi daxildir. Mövcud stansiyaların – “Ekibastuz” DRES-2” və “Aksu” DRES-n texniki yenilənməsi də nəzərdən keçirilir.

Nazir əlavə edib: “Layihədə qabaqcıl texnologiyalardan istifadə edərək “təmiz kömürlə” işləyən qurğulara xüsusi diqqət yetirilir. Məqsədimiz köhnəlmiş güclərin tədricən yüksək səmərəliliyə və minimal emissiyalara malik müasir enerji blokları ilə əvəz edilməsidir”.

Yeni güclərin uğurlu inteqrasiyası kömür mədəni və dəmir yolu infrastrukturunun inkişaf planları ilə sinxronlaşma tələb edəcək. Layihənin sosial komponentinə işçilərin qorunması tədbirləri və “Otbası Bank” ASC ilə əməkdaşlıq çərçivəsində ixtisaslaşmış mənzil proqramlarının həyata keçirilməsinə start verilməsi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: