Türkiyə əhalisinin sayı 86,1 milyon nəfərə yaxınlaşıb

A- A A+

2025-ci il dekabrın 31-nə olan məlumata görə, Türkiyə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 427.224 nəfər artaraq 86.092.168 nəfər təşkil edib.

NUHÇIXAN bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) fevralın 9-da Ankarada açıqladığı məlumatlara istinadla xəbər verir.

TÜİK-in məlumatlarına görə, Türkiyədə kişilərin sayı 43.059.434 (50,02%), qadınların sayı isə 43.032.734 (49,98%) nəfər olub. Bu ölkədə yaşayan xarici vətəndaşların sayı il ərzində 38.968 nəfər artaraq 1.519.515 nəfərə çatıb.

Şəhər əhalisi 93,4%, kənd əhalisi isə 6,4% təşkil edib.

Türkiyənin 33 vilayətinin əhalisinin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə azalıb.

İstanbulun əhalisi 15.754.053 nəfərdir ki, bu da 2024-cü illə müqayisədə 52.451 nəfər çoxdur. Bu böyük şəhərdə Türkiyə əhalisinin 18,3%-i yaşayır.

Paytaxt Ankaranın əhalisi 5.910.320, İzmirin əhalisi isə 4.504.185 nəfərdir. Bursa (3.263.011 nəfər ) və Antalya (2.777.677 nəfər) şəhərləri ilk beşliyi tamamlayır.

2025-ci ildə Türkiyə əhalisinin orta yaş göstəricisi 2024-cü ildə qeydə alınan 34,4 il ilə müqayisədə artıb və 34,9 il olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: