“The Jerusalem Post”: İsrail İrana zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar edib

A- A A+

İsrail hakimiyyəti Vaşinqtonun iştirakı olmadan da İrana zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar edib.

NUHÇIXAN xəbər verir ki, “The Jerusalem Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İsrail Tehranın ballistik raket proqramı ilə bağlı qırmızı xətləri keçəcəyi təqdirdə İrana qarşı başladacağı əməliyyat planını Vaşinqtona təqdim edib.

İsrailin hərbi və siyasi rəhbərliyindəki mənbənin qəzetə bildirdiyinə görə, İran hələlik qırmız xətləri keçməyib, lakin İsrail vəziyyəti izləməyə davam edir.

Nəşr qeyd edir ki, İsrail hakimiyyəti ABŞ-ın İrana zərbə endirmək qərarına gəlsə belə, bunun məhdud və simvolik xarakter daşıyacağından qorxur.

Xatırladaq ki, İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Donald Trampın xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edib. Tərəflər nüvə proqramı ilə bağlı dialoqu davam etdirmək niyyətindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: