Dehli məktəblərində bomba həyəcanı: şagirdlər təxliyə edilib

A- A A+

Hindistanda bir neçə məktəb elektron poçt vasitəsilə bomba təhdidi barədə xəbərdarlıq aldıqdan sonra paytaxt Dehlidə təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.

NUHÇIXAN xəbər verir ki, “The Times of India” qəzetinin məlumatına görə, məktəblərdəki şagirdlər və işçilər təxliyə edilib. Polis bölmələri və partlayıcı qurğular üzrə mütəxəssislər hadisə yerinə gəliblər. Bomba axtarışına kinoloqlar və itlər də cəlb olunub. Eyni zamanda, hədələyici elektron məktubların mənbəyi araşdırılır.

Yanvar ayında da Hindistanın hakimiyyət orqanları oxşar elektron məktublar aldıqdan sonra paytaxt məktəblərində təhlükəsizlik tədbirlərini gücləndirilmişdi. Lakin sonradan bu təhdidlərin hamısının yalan olduğu ortaya çıxmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: