Politico: Ukraynanın müdafiə naziri hava hücumundan müdafiə sistemləri üçün Brüsselə gedəcək

A- A A+

Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında iştirak etmək üçün çərşənbə günü Brüsselə səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, nazir iclas zamanı Kiyev üçün əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” və NASAMS kompleksləri ilə bağlı müraciət edəcək. Görüşdə, həmçinin müdafiə sahəsində innovasiyalar üzrə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, çərşənbə günü Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: