Yanvar ayında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyadakı neft obyektlərinə təxminən 50 dəfə hücum edib. Zərbələr neft emalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Telegram” səhifəsində məlumat verib. Generalın sözlərinə görə, yanvar ayında Rusiyanın neft və qaz sənayesinə qarşı 48 uzunmənzilli zərbə endirilib. Bu zərbələr nəticəsində Rusiyada ümumi neft emalı 19 faiz azalıb.
