Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb

A- A A+

Türkiyənin paytaxtı Ankara şəhərində ailə faciəsi yaşanıb.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, Keçiören rayonunda 35 yaşlı Recep Cengiz odlu silahla 57 yaşlı anası və 8 yaşlı qızını öldürüb.

Məlumata görə, onların cəsədlərini maşınının baqajına qoyub boşanma ərəfəsində olduğu həyat yoldaşının yaşadığı ünvana gedən R. Cengiz onu da öldürdükdən sonra intihar edib.

Yerli "X" xəbər kanallarında R. Cengizin həbsxanadan icazə ilə çıxdığı məlumatı paylaşılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: