Əbu-Dabidə bir yaşlı leykoz xəstəsinə uğurlu sümük iliyi transplantasiyası edilib

A- A A+

Əbu-Dabidə bir yaşlı leykoz xəstəsi olan uşağa mürəkkəb sümük iliyi transplantasiyası uğurla həyata keçirilib.

NUHÇIXAN WAM informasiya agentliyinə istinadla xəbər verir ki, uşağa 4–5 aylığında nadir və aqressiv qan xərçəngi növü - infantile B-hüceyrəli kəskin limfoblast leykoz diaqnozu qoyulub. Müalicənin ilk mərhələsindən sonra vəziyyət sabitləşib və transplantasiya qərarı verilib.

Əməliyyatdan sonra uşağın vəziyyətinin stabil olduğu, sağalma prosesinin müsbət davam etdiyi və yaxın vaxtlarda evə buraxılmasının planlaşdırıldığı bildirilir.

Mütəxəssislər bu əməliyyatı pediatrik onkologiya və transplantasiya sahəsində mühüm tibbi nailiyyət kimi qiymətləndirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: