Polşanın Silahlı Qüvvələri yüksək hazırlıqlı ehtiyat qüvvələrin genişmiqyaslı təliminə başlayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. Silahlı Qüvvələrin məlumatına görə, ehtiyat qüvvələrin sayı təxminən 300 min nəfər olacaq.
Polşanın müdafiə naziri müvafiq təlim proqramının cari ilin mart ayında başlayacağını vurğulayıb. Onun sözlərinə görə, ehtiyat qüvvələrinin yaradılması zərurəti digər məsələlərlə yanaşı, qaçılmaz demoqrafik dəyişikliklər səbəbindən hər il hərbçilərin sayının azalması ilə bağlıdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayına olan məlumata görə, Polşa ordusunda 162 min peşəkar əsgər də daxil olmaqla 216 mindən çox hərbçi qulluq edir.
