Fransa Prezidenti Emmanuel Makron Avropanın enerji asılılığının Rusiyadan ABŞ-a keçdiyini və Birləşmiş Ştatların Avropa İttifaqının əsas maye qaz təchizatçısına çevrildiyini etiraf edib.
NUHÇIXAN xəbər verir ki, Makronun sözlərinə görə, Avropa İttifaqının Rusiyadan asılılığı maye qazın 60 faizini təmin edən ABŞ-dan asılılıqla əvəzlənib.
Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən Rusiyadan maye qaz tədarükünü, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri vasitəsilə qaz idxalını tam qadağan edib.
