Kanadanın hakimiyyət orqanları II Dünya müharibəsindən qalan “Browning Hi-Power” tapançalarını Ukraynaya tədarük edə bilər.
NUHÇIXAN xəbər verir ki, Kanada hələlik Ukrayna Silahlı Qüvvələrinin bu tapançalara ehtiyacı olub-olmadığı ilə bağlı Kiyevdən cavab almayıb.
“Ottawa Citizen” nəşrinin məlumatına görə, Kanada hakimiyyəti 2022-ci ildə həmin tapançaları utilizasiya etmək istəsə də, sonradan onları Ukraynaya göndərmək qərarına gəlib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Ottava Kiyevə 4,5 milyard Kanada dollarından (3,2 milyard ABŞ dolları) çox hərbi yardım göstərib. Kanada həmçinin Ukrayna üçün ABŞ silahları alan PURL proqramında iştirak edir.
